Xəzər Xəbər

Qazaxıstanda hərbi təyyarə qəzaya uğrayıb

Dünya | 17:12 • 13 Mart 2021
Qazaxıstanda hərbi təyyarə qəzaya uğrayıb

Qazaxıstanda Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinə məxsus An-26 təyyarəsi qəzaya uğrayıb.

"Kazinform" agentliyi xəbər yayıb ki, Nur Sultan-Almatı istiqamətində uçan hərbi təyyarə bu gün yerli vaxtla saat 17:22-də radarlardan itib. Təyyarənin Almatı aeroportuna eniş edərkən qəzaya uğradığı bildirilir. Hadisə yerində yanğınsöndürən və xilasedici dəstələr, həmçinin təcili tibbi yardım briqadası işləyir.

İlkin məlumata görə, təyyarənin göyərtəsindəki 6 nəfərdən dördü həlak olub, yaralanan iki nəfər xəstəxanaya yerləşdirilib.

Xəbər lenti