Xəzər Xəbər

Türkiyəyə səyahət şərtləri dəyişdi

Dünya | 14:43 • 13 Mart 2021
Türkiyəyə səyahət şərtləri dəyişdi

Türkiyə Səhiyyə Nazirliyi ölkəyə səfər edən şəxslərin tibbi məlumatlarının elektron formada qeydiyyata alınması üçün “Türkiyəyə Giriş Anketi” sistemini təkmilləşdirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, hava yolu ilə xarici ölkələrdən Türkiyəyə səfər edəcək şəxslər səyahət etməzdən 72 saat əvvəl “register.health.gov.tr” saytına daxil olmalı və “Türkiyəyə Giriş Anketi”ni doldurmalıdır.

Anket doldurulduqdan sonra hər bir şəxs üçün müvafiq kod yaradılacaq və şəxslər bu kodu Türkiyədə səyahət zamanı istifadə edə biləcəklər.  

Xəbər lenti