Xəzər Xəbər

Əfqanistanda terror aktı törədilib - azı 8 ölü, 68 yaralı var

Dünya | 14:37 • 13 Mart 2021
Əfqanistanda terror aktı törədilib - azı 8 ölü, 68 yaralı var

Ötən gecə Əfqanistanın Herat şəhərində 8 nəfərin ölümü, 68 nəfərin isə xəsarət alması ilə nəticələnən terror aktı baş verib.

Avtomobilə yerləşdirilən bomba əhalinin sıx olduğu yerdə partladılıb. Partlayışın təsirindən ətrafdakı 15 evə ciddi ziyan dəyib.

Əfqanistan mətbuatının yaydığı xəbərlərə görə, ölənlər arasında 3 uşaq və 2 qadın var.

Xüsusi xidmət orqanları terror aktı ilə bağlı təhqiqat aparırlar.

Xəbər lenti