Xəzər Xəbər

Ermənistan müxalifəti prezidentin və baş nazirin görüşünü şou adlandırır

Dünya | 14:34 • 13 Mart 2021
Ermənistan müxalifəti prezidentin və baş nazirin görüşünü şou adlandırır

Ermənistan müxalifəti prezident Armen Sarkisyanın və baş nazir Nikol Paşinyanın bu günə planlaşdırılan görüşünü siyasi şou düzəltmək cəhdi kimi qiymətləndirir.

Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə müxalif “Vətənin xilası uğrunda hərəkat” birliyinin nümayəndəsi, “Daşnaksutyun” partiyasının üzvü Geqam Manukyan deyib.

“Növbəti şoudur, qoy görüşsünlər. Yəqin ki, hansısa fəaliyyət planını dəyişmək istəyirlər”, - deyə o bildirib.

Paşinyanın şənbə günü ölkə prezidenti ilə görüşəcəyi barədə baş nazirin mətbuat katibi Mane Gevorkyan məlumat verib.

Armen Sarkisyan baş nazirlə yanaşı, parlament fraksiyalarının rəhbərlərini və “Vətənin xilası uğrunda hərəkat” müxalifət birliyinin nümayəndələrini böhrandan çıxış yolları tapmaq üçün məsləhətləşmə keçirməyə dəvət edib. Müxalifət isə görüşə yalnız Paşinyanın istefası barədə yol xəritəsini müzakirə etmək üçün hazır olduğunu bildirib.

Xəbər lenti