Xəzər Xəbər

Türkiyə Prezidenti ilə Böyük Britaniyanın Baş naziri arasında telefon danışığı olub

Dünya | 09:11 • 9 Mart 2021
Türkiyə Prezidenti ilə Böyük Britaniyanın Baş naziri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi xəbər yayıb ki, liderlər ticarət, turizm, müdafiə, kənd təsərrüfatı, sərmayə və koronavirusla mübarizə başda olmaqla bir sıra sahələrdə Türkiyə-Böyük Britaniya əlaqələrinə dair müzakirələr aparıb və regional prosesləri nəzərdən keçiriblər.

Ötən il dekabrın 29-da Türkiyə və Böyük Britaniya arasında imzalanan Azad Ticarət Müqaviləsinin iki ölkə arasındakı əlaqələrdə yeni bir dövrün başlanğıcı olduğunu vurğulayan Türkiyənin dövlət başçısı əminliklə bildirib ki, bu çərçivədə atılacaq addımlar ortaq ticarət dövriyyəsinin 20 milyard dollara çatması hədəfini asanlaşdıracaq.

Rubrikanın digər xəbərləri

Xəbər lenti