Xəzər Xəbər

Çavuşoğlu: “Azərbaycanın təklif etdiyi “3+3” platformasını dəstəkləyirik”

Dünya | 15:32 • 3 Mart 2021
Çavuşoğlu: “Azərbaycanın təklif etdiyi “3+3” platformasını dəstəkləyirik”

“Biz Azərbaycanın təklif etdiyi “3+3” platformasını dəstəkləyirik. Gürcüstanın bu məsələdə bəzi tərəddüdləri var, bunu anlayışla qarşılayırıq. Biz bu məsələdə Gürcüstanın mövqeyinə hörmətlə yanaşırıq. Gürcüstanın da iştirak edəcəyi regional əməkdaşlığa dəstəyimiz artacaq. Biz Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlığına əhəmiyyət veririk”.

Xezerxeber.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı David Zalkaliani ilə birgə mətbuat konfransında deyib.

Çavuşoğlu deyib ki, Azərbaycanın təklif etdiyi “3+3” platformasının məqsədi regionda sülhü dayanıqlı etməkdir.

Nazirin sözlərinə görə, “3+3” platformasının məqsədi həm logistik, iqtisadi, enerji sahələrindəki layihələrlə bağlı etibarlı addımlar atmaqdır.

Mövlud Çavuşoğlu onu da deyib ki, gürcü həmkarı ilə regional ortaq layihələri, Qarabağda atəşkəsdən sonra bölgənin istiqrarı üçün atıla biləcək addımları müzakirə edib.

Xəbər lenti