Xəzər Xəbər

Yunanıstanda güclü zəlzələ baş verib

Dünya | 15:18 • 3 Mart 2021
Yunanıstanda güclü zəlzələ baş verib

Yunanıstanın mərkəzində, Fessaliya rayonunda 6,9 bal gücündə zəlzələ olub.

Xəlzələnin episentri Larisa şəhərindən 29 killometr məsafədə, yerin 2 kilometr dərinliyində qeydə alınıb.

Yeraltı təkanlar paytaxt Afinada, Salonikidə və digər şəhərlərdə hiss olunub. 

Zəlzələdən sonra bir neçə afterşok da qeydə alınıb.

Hadisə ilə bağlı hər hansı itki və ya fəsad barədə məlumat verilməyib.

Xəbər lenti