Xəzər Xəbər

Norveçdə vaksinasiyadan sonra yüzdən çox insan öldü: İşçi qrup yaradıldı

Vaksinasiyadan sonra ölənlərin 102-si ahıl, 87-si orta yaşlıdır.
Dünya | 15:38 • 3 Mart 2021
Norveçdə vaksinasiyadan sonra yüzdən çox insan öldü: İşçi qrup yaradıldı
Norveçdə COVID-19 peyvəndindən sonra çox sayda ölüm hadisəsinin baş verməsi ilə əlaqədar mütəxəssislərdən ibarət qrup yaradılıb.
 
"Bloomberg” yazır ki, ölkədə ümumilikdə yüzdən çox insan peyvənddən sonra həyatını itirib.
 
Vaksinasiyadan sonra ölənlərin 102-si ahıl, 87-si orta yaşlıdır.
 
Ölənlərin əksəriyyəti vaksinasiyadan əvvəl də səhhətlərinin pis olmasından şikayətləniblər.
 
Mütəxəssislər peyvənd və ondan sonra baş verən ölüm halları arasında əlaqəni müəyyənləşdirməlidirlər.
 
Norveçdə "Pfizer/BioNTech” və ABŞ-ın "Moderna” şirkətinin istehsal etdiyi peyvəndlərdən istifadə olunur.

Xəbər lenti