Xəzər Xəbər

Moskvada Azərbaycan restoranına hücum edən ermənilərə hökm oxunub

Dünya | 12:03 • 25 Fevral 2021
Moskvada Azərbaycan restoranına hücum edən ermənilərə hökm oxunub

Moskvanın Nikulinski məhkəməsi Ermənistandan olan 7 miqranta 2 il həbs cəzası verib.

TASS-ın məlumatına görə, Moskvada Azərbaycan restoranına hücum edən Artak və Seyran Nikoyan, Armen və Arsen Apriyan, Argişt, Nareq Petrosyan və Razmiq Sahakyan Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə (bir qrup şəxs tərəfindən silah kimi istifadə olunan vasitələrdən istifadə edərək xuliqanlıq) təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkəcəklər.

Xatırladaq ki, ötən ilin iyul ayında Moskvada Bratislava küçəsində yerləşən Azərbaycan restoranına hücum edilmişdi.

Rubrikanın digər xəbərləri

Xəbər lenti