Xəzər Xəbər

Gürcüstanda dövlət bayraqları endirilib

Dünya | 12:32 • 25 Fevral 2021
Gürcüstanda dövlət bayraqları endirilib

Fevralın 25-də Gürcüstanın sovet imperiyası tərəfindən işğalının 100-cü ildönümü tamam olur.

Bununla bağlı hökumət administrasiyası, parlament və ölkə üzrə bütün dövlət qurumlarının binalarında bayraqlar endirilib.

Qeyd edək ki, 1921-ci il fevralın 25-də Qırmızı ordu Tbilisiyə daxil olub və Gürcüstan Demokratik Respublikasını devirib.

Gürcüstan parlamentinin 2010-cu il 21 iyul tarixli qərarı ilə fevralın 25-i ölkədə Sovet İşğalı Günü elan olunub.

Xəbər lenti