Xəzər Xəbər

Mutant virus İranı cənginə aldı

Mutant virus İranı cənginə aldı
Dünya | 12:40 • 14 Fevral 2021
Mutant virus İranı cənginə aldı

İranın Səhiyyə naziri Səid Nəməki mutant virusun demək olar ki, bütün ölkəyə yayıldığını bildirərək vətəndaşları tədbirlərə ciddi şəkildə əməl etməyə çağırıb.

 

Koronavirusla mübarizədə ölkəni çətin günlərin gözlədiyini deyən Nəməki paytaxt Tehranda 71 yaşlı qadının və 48 yaşlı kişinin koronavirusun yeni ştammı səbəbilə Qəzvin əyalətində həyatını itirdiyini bildirib.

 

"Hadisələr mutant virusun az qala bütün ölkəyə yayıldığını sübut etdi. Bu virusun hər şəhərdə, kənddə və ailədə ortaya çıxa biləcəyini düşünməliyik. Bu, ciddi təhlükə siqnallarından biridir", - İranın Səhiyyə naziri qeyd edib.

 

İranda mutasiyaya uğrayan və daha sürətli yayılan COVID-19 növünün ilk dəfə 5 yanvarda aşkarlandığı açıqlanıb./publika.az

Xəbər lenti

Çox oxunanlar