Xəzər Xəbər

Rusiya XİN-i Gəncə terrorunun rusiyalı qurbanı barədə paylaşım etdi FOTO

Dünya | 18:29 • 24 Oktyabr 2020
Rusiya XİN-i Gəncə terrorunun rusiyalı qurbanı barədə paylaşım etdi

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Gəncə terrorunun rusiyalı qurbanıArtur Mayakovbarədə paylaşım edib.

Nazirliyin"Facebook” hesabından edilən paylaşımda qeyd olunur:

"Bu ilin 24 oktyabr tarixdəGəncə şəhər xəstəxanasında 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Mayakov Artur Vasilyeviç oktyabrın 17-cu il tarixində raket hücumu zamanı aldığı yaralardan vəfat etməsi barədəsəfirliymiz Azərbaycan hökuməti tərəfindənməlumatlandırılıb.

Səfirlik Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri və həlak olanın yaxınları ilə daimi əlaqə saxlayıb, onlara zəruri yardım göstərir.

A.V. Mayakov 24 oktyabr tarixində Azərbaycan Respublikasının Gəncə şəhərində dəfn edilib. Mərasimdə rus icmasının müavini İ.V. Kalaşnikov və Gəncədə Aleksandr Nevski məbədinin baş keşişi Vorfolomey Ata iştirak edib.

Bu faciəli hadisə ilə əlaqədar səfirlik vəfat etmiş şəxsin qohum və dostlarına dərin hüznlə başsağlığı verir”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024