Bakı 28 ℃
Xəzər Xəbər
USD 1.7

"Müdafiə xətti qırıldı, gerisi asan olacaq" SON XƏRİTƏ

Dünya | 15:36 • 6 Oktyabr 2020
"Müdafiə xətti qırıldı, gerisi asan olacaq"

Təhlükəsizlik və antiterror məsələləri üzrə ekspert Coşkun Başbuğ "Yeni Şafak” qəzetinə müsahibə verib.


XəzərXəbər xəbər verir ki, türkiyəli mütəxəssis Azərbaycan Ordusunun Qarabağda davam edən döyüşündən danışıb.



Başbuğ Dağlıq Qarabağ kimi mürəkkəb relyefi olan bölgədə uğurlu həmlələr etməyin çətinliyini önə çəkib: "Belə mürəkkəb, çətin əməliyyatdan əvvəl qərargah zabitlərinin ərazini çox ciddi təhlil etməsi lazım idi. Əməliyyatların gedişi Azərbaycan Silahlı Qüvvələrinin bu işi necə düzgün gördüyünü sübut edir. Plansız hərəkət etsəydilər, ciddi qarışıqlıq yaşanar, ağır itkilər qaçılmaz olardı. Azərbaycan sözün əsl mənasında, təbrikəlayiq savaş aparır. Təbrik edirəm!"


 


Silahlı qüvvələrimizin 5 istiqamətdən hərəkətə keçdiyini vurğulayan ekspert cənubda Cəbrayılın işğaldan qurtarılmasını, hərbçilərimizin şimaldan inamla irəliləməsini qazanılan ilk ciddi uğurlar adlandırıb: "Savaşın bitəcəyi vaxt haqda danışmaq düzgün alınmaz. Müddətə təsir edən amillər çoxdu: iqlim, coğrafi şərtlər, yeni fövqəladə situasiyaların meydana çıxması və sair. Bilinən budu ki, Azərbaycan Ordusu çox qısa zaman kəsiyində böyük uğur əldə edib. Sonrakı mərhələdə proses daha sürətlə gedəcək. Ermənistan ordusu ən böyük müqaviməti birinci müdafiə xəttində göstərdi. Bu xətt qırıldıqdan və müəyyən mərhələ keçildikdən sonra gerisi corab sökülməsi qədər asan olacaq”.

Xəbər lenti

Çox oxunanlar