Xəzər Xəbər

Əfsanəvi astronom vəfat edib

Dünya | 13:05 • 18 Sentyabr 2020
Əfsanəvi astronom vəfat edib

Dünya astronomiyasına ağır itki üz verib. 


Praqada, iki metrlik aynalı ən böyük teleskopun yaradıcısı Lyuboş Perek evində dünyasını dəyişib.


Alim, ulduz dinamikası və planetar dumanlıqlar sahəsindəki araşdırmaları ilə məşhurlaşıb. Qalaktikada ulduzların və qazın kütləvi paylanması üçün modellər hazırlayıb. Kosmik tullantılar problemi də onu eyni dərəcədə narahat edirdi.


Lyuboş Perek Azərbaycanın dostu idi və fəxri qonaq kimi ölkəmizin Çex Respublikasındakı Səfirliyi tərəfindən keçirilən tədbirlərdə iştirak edirdi.


Alim bu il 102 yaşını qeyd etdi. Asteroidlərdən biri onun adını daşıyır. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024

Çox oxunanlar