Xəzər Xəbər

ABŞ-da etiraz aksiyalarında iki nəfər ölüb, bir nəfər yaralanıb

Dünya | 15:28 • 26 Avqust 2020
ABŞ-da etiraz aksiyalarında iki nəfər ölüb, bir nəfər yaralanıb

ABŞ-ın Kenoşa şəhərində polisin afro-amerikalını vurması nəticəsində başlayan etirazların üçüncü gecəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.


ABC telekanalının verdiyi xəbərə görə, bu barədə şəhər polisi bildirib: "Atışmada iki nəfər ölüb və bir nəfər ağır yaralanıb, lakin onun həyati təhlükəsi yoxdur və yaralı şəxs xəstəxanaya yerləşdirilib. Ölənləri şəxsiyyətləri hələ müəyyənləşdirilməyib. Faktla bağlı araşdırma başladılıb", polisin açıqlamasında qeyd olunub.

Yerli KİV son iğtişaşın etirazçılar və yanacaqdoldurma məntəqəsini qoruyan silahlı şəxslər arasındakı qarşıdurmadan qaynaqlandığını bildirib.

Qeyd edək ki, avqustun 23-də afro-amerikalı Ceykap Bleyk polis tərəfindən vurulduqdan sonra Kenoşada iğtişaşlar başlayıb.

Xəbər lenti