Xəzər Xəbər

İranda bir gündə koronavirusdan 141 nəfər həyatını itirib

Dünya | 17:27 • 1 İyul 2020
İranda bir gündə koronavirusdan 141 nəfər həyatını itirib

İyulun 1-nə olan məlumata əsasən İranda koronavirusa yoluxan 141 nəfər həyatını itirib.


Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari gündəlik mətbuat konfransında məlumat verib. O deyib ki, son 24 saat ərzində 2549 nəfər virusa yoluxub, 141 nəfər isə ölüb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 230 min 211 nəfərə, ölənlərin sayı isə 10 min 958-ə yüksəlib. Xüsusi xəstəxanalarda müalicə alan 191 min 487 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsi davam edən 3 min 81 nəfərin vəziyyəti ağır olaraq qalır.


Qeyd edək ki, bu gündən başlayaraq İranın Tehran daxil olmaqla 11 vilayətində karantin tədbirləri sərtləşib. Tibbi maskadan istifadə məcburidir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024