Xəzər Xəbər

Rusiyada daha 92 nəfər koronavirusdan vəfat edib

Dünya | 15:17 • 26 İyun 2020
Rusiyada daha 92 nəfər koronavirusdan vəfat edib

Ötən gün Rusiyada 6800 nəfərdə koronavirus infeksiyası aşkar edilib.


Gün ərzində 92 xəstə vəfat edib, 9988 nəfər sağalaraq evə buraxılıb. Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 620 min 794 nəfərə çatıb. İndiyədək bu xəstəlikdən 384 min 152 nəfər sağalıb, 8781 pasiyent vəfat edib.


Hazırda Rusiya xəstəxanalarında 227 min 861 nəfər koronovirus infeksiyasından müalicə olunur.


Rusiya "COVID-19” xəstələrinin sayına görə hələ də ABŞ və Braziliyadan sonra üçüncü yerdədir.

Xəbər lenti

Çox oxunanlar