Xəzər Xəbər

Ukraynada koronavirusun ikinci dalğası başladı

Dünya | 15:24 • 26 İyun 2020
Ukraynada koronavirusun ikinci dalğası başladı

"Covid-19 xəstələrini qəbul edən xəstəxanaların iş yükü həddindən çox artıb. Bu isə o deməkdir ki, Ukrayna xəstəliyin ciddi ikinci dalğasına daxil olub".


"İnterfaks" xəbər verir ki, bunu Ukraynanın Baş Naziri Denis Şmıqal bildirib.


"Koronavirusa yoluxan pasiyentlərin qəbulu üçün ikinci dalğa xəstəxanalarına yerləşdirmələrə başlamışıq. Bu gün növbəti antirekord - 1000-dək yoluxma qeydə alınıb. Xəstəxanaların həddindən çox yüklənib. Bu o deməkdir ki, xəstəliyin ikinci dalğasına daxil olmuşuq", - deyə Şmıqal söyləyib.


Baş Nazir xəstələrin sayında artım baş verməsinin əsas səbəbi kimi karantin məhdudiyyətlərinə əməl olunmamasını göstərib./Day.Az

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024