Bakı 28 ℃
Xəzər Xəbər
USD 1.7

Türkiyədə başına 1 milyon türk lirəsi ayrılan terrorçu könüllü təslim olub

Dünya | 22:13 • 3 İyun 2020
Türkiyədə başına 1 milyon türk lirəsi ayrılan terrorçu könüllü təslim olub

Aparılan təbliğat və ailələrlə danışıqlar nəticəsində daha bir təhlükəli terrorçu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.


Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilir ki, Hakkaridə könüllü olaraq təslim olan terrorçunun ələ keçirilməsi üçün 1 milyon türk lirəsi (təxminən 1.7 min ABŞ dolları) pul ayrılmışdı. Hələlik terrorçunun şəxsiyyəti açıqlanmayıb.


Qeyd edək ki, DİN-in iyunun 2-də yaydığı məlumata görə, ailələrinin köməkliyi ilə daha dörd terrorçu təslim olub. Bunla da, cari ildə təslim olan terrorçuların sayı 82 nəfərə çatıb.

Xəbər lenti

Çox oxunanlar