Xəzər Xəbər

Ordu gecə saatlarında HƏRƏKƏTƏ KEÇDİ: Ramazan bayramına görə...

Dünya | 10:31 • 20 May 2020
Ordu gecə saatlarında HƏRƏKƏTƏ KEÇDİ:

Liviyanın şərqindəki qiyamçı general Xəlifə Haftarın əmrindəki Liviya Milli Ordusu mövqelərindən geri çəkilməyə başlayıb.

Bu barədə ordunun mətbuat katibi Əhməd əl-Mismari sosial media hesabından rəsmi açıqlama yayıb.

Onun sözlərinə görə, ordu paytaxt Tripolinin cənubundakı bütün cəbhələrdən yerli vaxtla gecə saatlarından etibarən 2-3 km geri çəkilib.

Onun sözlərinə görə, Haftar ordusu paytaxt əhalisinin Ramazan bayramının son günlərində adətlərə uyğun bayram keçirməsi üçün mövqelərini tərk edib.

Mismarinin bu açıqlaması ilə parallel müddətdə Liviya yerli mətbuatı Haftar ordusunun paytaxtdakı Mitiqa hava limanı yaxınlığındakı məhəlləyə qrad raketləri ilə hücum etdiyini yazıb.

Qeyd edək ki, Xəlifə Haftar orduya 2019-cu ilin aprelində paytaxtı ələ keçirmək əmri verib./publika.az

Xəbər lenti