Xəzər Xəbər

Qadağalara baxmayaraq, ölünü yudular və koronavirusa yoluxdular

Dünya | 11:10 • 20 May 2020
Qadağalara baxmayaraq, ölünü yudular və koronavirusa yoluxdular

İndoneziyanın Sidoarco şəhərində Səhiyyə Nazirliyinin tövsiyələrinə baxmayaraq, ölünü yuyublar, nəticədə, koronavirusa yoluxublar.

Bununla bağlı "Asia One” portalıməlumat yayıb.

Bildirilib ki, koronavirus diaqnozu qoyulan sakinlərdən birixəstəxanada ölüb. Möhürlü plastik paketdə tabuta qoyulan cəsəd ailənin sorğusuna müvafiq olaraq evinə göndərilib.

Lakin infeksiyanın yayılmasına qarşı qoyulan tələblərə rəğmən, qohumlar və qonşularənənəvi dəfn ritualı keçiriblər, o cümlədən, mərhumun cəsədini tabutdan çıxararaq yuyublar.

Nəticədə, azı 15 nəfər koronavirusa yoluxub.

Son məlumatlara görə, İndoneziyada 18496 nəfər koronavirusa yoluxub. Onlardan 1221 nəfəri ölüb, 4 467 nəfəri isə sağalıb./oxu.az

Xəbər lenti