Estoniya Xarici İşlər Nazirliyi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz seçkiləri tanımadığını bəyan edib.
Bu bəyanat Estoniya XİN-in rəsmi "Twitter” səhifəsində yerləşdirilib. Bəyanatda deyilir ki, Estoniya Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır.