Xəzər Xəbər

Özbəkistanda Antiböhran Fondu yaradılır

Dünya | 10:38 • 20 Mart 2020
Özbəkistanda Antiböhran Fondu yaradılır

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev koronavirus pandemiyasının və qlobal böhranın iqtisadiyyatın müxtəlif sahələrinə mənfi təsirini azaltmaq üçün tədbirlər görülməsi ilə bağlı fərman imzalayıb.

XəzərXəbər xəbər verir ki, bu sənədə əsasən 10 trilyon sum (1 milyard dollar) vəsaiti olan Antiböhran Fondu yaradılır.

Fondun fəaliyyəti, ilk növbədə, koronavirusun yayılmasının qarşısının alınmasına, tibb müəssisələrinin dərman və diaqnostika vasitələri ilə təmin edilməsinə, karantin xərcləri üçün vaxtında vəsait ayrılmasına yönəldiləcək.

Fərmanda bildirilir ki, ölkədə 5,5 min tibb işçisi koronavirusa qarşı mübarizəyə cəlb edilib. Onlara maddi və mənəvi yardım göstəriləcək, maaşlarının 120 faizi həcmində əlavə vəsait veriləcək. Koronavirusa yoluxanların vaxtında aşkar olunması üçün regionlardakı xəstəxanalar ekspres-testlərlə təmin ediləcək. İlin sonunadək vergi yoxlamalarına qadağa qoyulacaq, müəssisələrin vergi borclarına gələn penyalar dayandırılacaq.

Xatırladırıq ki, hazırda Özbəkistanda koronavirusa tutulanların sayı 23 nəfərdir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti