Xəzər Xəbər

Rusiya daha üç ölkəyə uçuşları məhdudlaşdırır

Dünya | 15:53 • 18 Mart 2020
Rusiya daha üç ölkəyə uçuşları məhdudlaşdırır

Rusiya koronavirus təhlükəsi ilə əlaqədar olaraq Böyük Britaniya, ABŞ və Birləşmiş Ərəb Əmirliklərinə uçuşları məhdudlaşdırır.

Qərar martın 20-dən qüvvəyə minəcək.

Məhdudiyyət Rusiya ərazisindən bu istiqmətlərə şamil olunacaq. Yalnız Şeremetyevo hava limanından London, Nyu-York və Əbu Dabiyə uçuşlar həyata keçiriləcək.

Rusiya bundan əvvəl Çin, İran, Cənubi Koreya, İtaliya, Almaniya və Fransaya uçuşları məhdudlaşdırmışdı.

Qeyd edək ki, bu günədək Rusiyada 114 nəfər koronavirusa yoluxub.

Xəbər lenti