Xəzər Xəbər

Afinadan "Nyu York"a qəribə cavab: Bilirsə, gizli deyil...

Dünya | 13:38 • 12 Mart 2020
Afinadan "Nyu York"a qəribə cavab:

Yunanıstanda məhbuslar gizli mərkəzlərdə saxlanılmır.

Bu sözləri Yunanıstan hökumətinin sözçüsü Stelios Petsas "Nyu York Tayms”da yayımlanan və böyük rezonans doğuran məqaləyə cavabında deyib.

"Beynəlxalq bir qəzetin həmin mərkəzin olduğu yeri tanıması onun gizli olmadığı anlamına gəlir. Sərhədlərin qorunması, təhlükəsizlik məsələləri konstitusion çərçivədə, şəffaf şəkildə həll edilir. Gizli həbsxanalar yoxdur”, - deyə Petsas bildirib.

Qeyd edək ki, "Nyu York Tayms” yunan hərbçilərinin sərhəddə miqrantlara qarşı qeyri-insani rəftarını sərt şəkildə qınamış, qaçqınların gizli mərkəzlərdə saxlanıldığını yazmışdı./axar.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024