Xəzər Xəbər

Çində epidemiya ilə mübarizəyə görə toyunu təxirə salan həkim koronavirusdan vəfat edib

Dünya | 09:12 • 21 Fevral 2020
Çində epidemiya ilə mübarizəyə görə toyunu təxirə salan həkim koronavirusdan vəfat edib

Çində yeni tip koronavirusla (COVID-2019) mübarizəyə görə toyunu təxirə salan gənc həkim virus səbəbindən vəfat edib.


AZƏRTAC "Jenmin jibao" qəzetinə istinadla xəbər verir ki, virusun episentri olan Uxan şəhərindəki 1-ci Xalq Xəstəxanasının həkimi olan 29 yaşlı Pen İnhua iş prosesində koronavirusa yoluxub və fevralın 20-də ölüb. Məlum olub ki, gənc pulmonoloq epidemiya ilə mübarizəyə qoşularaq, fevralın 1-nə təyin etdiyi nikah mərasimini təxirə salıbmış. Pen və nişanlısı hətta nikah mərasimindən əvvəl toy fotosessiyası da ediblər.

Onun ölümü Çində sosial şəbəkə istifadəçilərinin kədərinə səbəb olub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024