Xəzər Xəbər

Dünya əhalisinin 30 faizi bu virusa yoluxa bilər Ekspert ŞOK DETALLARI açdı

Dünya | 15:47 • 14 Fevral 2020
Dünya əhalisinin 30 faizi bu virusa yoluxa bilər

Yer kürəsi əhalisinin üçdə bir hissəsi yeni növ koronavirusa yoluxa bilər.

Bunu BMT-nin nəzdindəki Ümumdünya Səhiyyə Təşkilatının eksperti Ayra Loncini deyib. Ekspert bildirib ki, koronavirusun planet miqyasında yayılması ehtimalı mövcuddur. Çünki virusun ortaya çıxdığı yerdə karantinlər gec tətbiq olunub və beləliklə, dünya ölkələrinə yayılıb. Onun sözlərinə görə, koronavirus yoluxduğu insandan orta hesabla 2-3 nəfərə keçir. Buna görə də Yer kürəsinin 30%-ə qədərinin epidemiyaya yoluxma ehtimalı mövcuddur.

Qeyd edək ki, Çində yeni növ "Covid-19” koronavirusundan ölənlərin sayı 1380 nəfərə çatıb. Ümumilikdə, yeni növ virusa 63 min 851 nəfər yoluxub. Xəstəlikdən sağalanların sayı isə 6723 nəfərdir.

Xəbər lenti