Xəzər Xəbər

Virusa yoluxanlar deport olunacaq Baş nazirdən QƏRAR

Dünya | 17:40 • 3 Fevral 2020
Virusa yoluxanlar deport olunacaq

Koronavirusun aşkarlandığı əcnəbilər Rusiyadan deportasiya ediləcək.

Bu barədə qərarı Baş nazir Mixail Mişustin imzalayıb.

O bildirib ki, Rusiyada bütün zəruri dərmanlar var və xəstəliyin yayılmasının qarşısını almaq üçün tədbirlər görülür. Baş nazir qeyd edib ki, Rusiya Çinə humanitar yardım da göndərəcək.

Xatırladaq ki, Çində bu virusa yoluxanların sayı 18 minə çatıb. 150 min insan karantin altındadır. Ölü sayı 361-ə yüksəlib. Rusiyada iki Çin vətəndaşında virus akarlanıb. Onlar hazırda Zabaykalya və Tümendə xəstəxanada müalicə olunurlar.

Cebhe.info

Rubrikanın digər xəbərləri

Xəbər lenti