Xəzər Xəbər

Koronavirus yoluxmuş qadın sağlam övlad dünyaya gətirib

Dünya | 17:49 • 3 Fevral 2020
Koronavirus yoluxmuş qadın sağlam övlad dünyaya gətirib

Çinin Heilontszyan əyalətinin Harbin şəhərindəki xəstəxanada koronavirus yoluxmuş qadın sağlam övlad dünyaya gətirib. Bu barədə yerli xəbər portalı ECNS məlumat yayıb.

Adı açıqlanmayan xəstə hamiləliyin 38-ci həftəsində olub. Yanvarın 30-da həkimlər qadının vəziyyəti pisləşdiyindən qeysəriyyə əməliyyatına qərar veriblər. Yeni doğulan körpənin çəkisi 3,05 kiloqram olub. Həkimlər körpənin sağlamlığını "Apgar" cədvəli üzrə on ballıq şkala ilə on səviyyəsində qiymətləndiriblər.

Doğuşda iştirak edən həkimlər koronavirus üçün müayinə olunub. Yeni doğulmuş qız 31 yanvar və 2 fevralda ölümcül "2019-nCoV" virusu üçün iki dəfə testdən keçirilib. Hər iki halda da nəticə neqativ olub. Ayrılan palatalarda ana və qızı həkimlərin nəzarəti altındadır. Həkimlərin dediyinə görə, qadın sağalmaq üzrədir.

Xəbər lenti