Xəzər Xəbər

Türkiyədə ağır qəza - 10-dan çox insan yaralandı

Dünya | 10:15 • 22 Sentyabr 2019
Türkiyədə ağır qəza - 10-dan çox insan yaralandı

Türkiyənin Ərzurum vilayətində yüngül kommersiya avtomobili digər avtomobillə toqquşub.

Trend-in məlumatına görə, digər avtomobilləri keçməyə çalışan yüngül kommersiya avtomobili əks istiqamətdə hərəkət edən bir avtomobil ilə toqquşub. Bundan sonra başqa bir avtomobil arxadan kommersiya avtomobilinə çırpılıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları göndərilib. Hadisə nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024