Tehran nüvə razılaşmasını imzalamamalı idi.
Bunu İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şamxani NBC televiziyasına müsahibəsində deyib. O, İranda bir çox insanın bu razılaşmanı səhv hesab etdiyini, özünün də bu razılaşmanı yanlış hesab edənlər sırasında yer aldığını bildirib.
Qeyd edək ki, nüvə razılaşması 2015-ci ildə imzalanıb. Müqaviləyə İran, Fransa, Almaniya, Britaniya, ABŞ, Çin və Rusiya imza atıb. ABŞ 2018-ci ildə rəsmən müqavilədən çıxdığını və onun biabırçılıq olduğunu bəyan edib./axar.az