Rusiyada "S-400” zenit-raket komplekslərinin ikinci partiyasının Türkiyəyə satışı məsələsi gündəmdədir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib. O əlavə edib ki, bu barədə razılaşma artıq əldə edilib. Y.Uşakovun sözlərinə görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair danışıqlar aparılır.