Xəzər Xəbər

Rusiyada silah-sursat anbarında partlayış baş verib

Dünya | 10:05 • 10 Avqust 2019
Rusiyada silah-sursat anbarında partlayış baş verib

Rusiyanın Krasnoyarsk vilayətində silah-sursat anbarında daha bir neçə partlayış baş verib.


Xezerxeber.az xəbər verir ki, Krasnoyarsk diyarının Açinsk şəhəri yaxınlığında yerləşən anbarda partlayış nəticəsində 9 nəfər yaralanıb.


Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hərbi sursat olan stellaja ildırım düşməsi nəticəsində yanğın və partlayış baş verib.


Xatırladaq ki, avqustun 5-də də həmin anbarda partlayış baş vermişdi. Nəticədə bir nəfər həlak olmuş, 13 nəfər yaralanmışdı. Bölgədə fövqəladə vəziyyət elan olunmuş, anbarın yaxınlığındakı yaşayış məntəqələrindən 16 mindən çox adam köçürülmüşdü.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024