Xəzər Xəbər

Gürcüstanda benzin bahalaşıb

Dünya | 12:18 • 20 İyul 2019
Gürcüstanda benzin bahalaşıb

İyul ayında Gürcüstanda yanacaqdoldurma məntəqələrində benzinin qiymətində artım qeydə alınıb. APA-nın Gürcüstan bürosu xəbər verir ki, bahalaşma bu ölkədə fəaliyyət göstərən "SOCAR Georgia" şirkətinə məxsus yanacaqdoldurma məntəqələrində də qeydə alınıb. Artım 5 tetri təşkil edib.


Hazırda ölkə ərazisində benzinin qiyməti 2,53-2,59 lari arasında dəyişir. Bahalaşmanın larinin dollar qarşısında ucuzlaşması və yanacaq qiymətlərinin artması ilə əlaqəli olduğu bildirilib.

Xəbər lenti