Xəzər Xəbər

Gürcüstanda siyasi partiyaların reytinqi - SORĞU

Dünya | 15:49 • 19 İyul 2019
Gürcüstanda siyasi partiyaların reytinqi -

Beynəlxalq Respublikaçılar İnstitutunun Təhqiqatlar Mərkəzi Gürcüstanda siyasi partiyaların reytinqini müəyyən edən sosioloji sorğu keçirib.


Mayın 20-dən iyunun 11-dək bütün ölkə ərazisində keçirilən sorğuda respondentlərə "Növbəti həftənin bazar günü seçkilər keçirilsəydi, hansı partiyaya səs verərdiniz?” sualı verilib.


Rəyi soruşulanların 26 faizi hakim "Gürcü arzusu-demokratik Gürcüstan”, 22 faizi ana müxalifət "Milli Hərəkat” və 7 faizi müxalif "Avropalı Gürcüstan” partiyalarına səs verəcəklərini bildiriblər.


"Vətənpərvərlər alyansı” və "Leyboristlər” partiyaları 5 faiz, "Qirçi” partiyası isə 1 faiz səs qazanıb. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024