Xəzər Xəbər

Britaniyanın yeni Baş naziri nə vaxt bilinəcək?

Dünya | 15:42 • 26 İyun 2019
Britaniyanın yeni Baş naziri nə vaxt bilinəcək?

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyası yeni partiya lideri və Baş nazirin adını iyulun 23-də – iyulun 22-si günün ikinci yarısında səsverməproseduru başa çatdıqdan sonra açıqlayacaq.

Baş nazir dəftərxanasının rəsmi nümayəndəsi deyib ki, yeni Baş nazir iyulun 24-ü günün ikinci yarısında işə başlamalıdır.

Partiya lideri və Baş nazir postuna Britaniyanın sabiq xarici işlər naziri və Londonun keçmiş meri Boris Conson və hazırkı xarici işlər naziri Ceremi Hant iddia edir.

Yeni Baş nazirseçilənədək bu vəzifəni iyunun 7-də rəsmi olaraq partiya lideri vəzifəsindən istefa vermişTereza Mey icra edəcək.

Xəbər lenti

Çox oxunanlar