Xəzər Xəbər

Husilər Səudiyyənin iki aeroportuna zərbələr endirdi

Dünya | 10:47 • 24 İyun 2019
Husilər Səudiyyənin iki aeroportuna zərbələr endirdi

"Ənsar-Alla” şiə hərəkatından qiyamçılar (Husilər) dronların köməyi ilə Səudiyyə Ərəbistanının Cizan və Abha aeroportlarına zərbələr endirib.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Husilərə məxsus "Al-Masira” telekanalı bildirib.

Abha şəhərində 8 nəfər xəsarət alıb. Onlardan biri aldığı xəsarətdən sonra ölüb. Ölən şəxsin Suriya vətəndaşı olduğu bildirilir.

Husilərin nümayəndəsi bildirib ki, Səudiyyə aeroportlarına hücum ərəb koalisiyasının aviazərbələrinə cavab olub. Onun sözlərinə görə, Husilər Səudiyyə Ərəbistanına zərbələr vurmağa davam edəcəklər./publika.az

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024