Xəzər Xəbər

MSK-dan Saakaşvilini pərt edən qərar

Dünya | 10:25 • 24 İyun 2019
MSK-dan Saakaşvilini pərt edən qərar

Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin "Yeni güclərin hərəkatı” partiyasından deputatlığa namizədləri qeydə almaqdan imtina edib.

UNİAN agentliyi xəbər verir ki, bu haqda MSK-nın mətbuat xidmətinın saytında bildirilib.

Qeyd edilir ki, qərar müvafiq sənədlərin müzakirəsindən sonra qəbul edilib. Komissiyadan bildiriblər ki, namizədlərin siyahısının təsdiq edildiyi partiyanın növbədənkənar qurultayı onun nizamnaməsinin pozulması ilə keçirilib.

Qeyd edək ki, iyulun 21-də Ukrayna parlamentinə növbədənkənar seçkilər keçiriləcək./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024