Xəzər Xəbər

Yaponiyada ötən il doğum sayı rekord səviyyədə aşağı düşüb

Dünya | 09:19 • 8 İyun 2019
Yaponiyada ötən il doğum sayı rekord səviyyədə aşağı düşüb

Yaponiyada dövlət statistikası əhalinin sürətlə azaldığını və doğum sayının rekord səviyyədə aşağı düşdüyünü təsdiq edir.


AZƏRTAC Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə istinadla xəbər verir ki, 2018-ci ildə ölkədə bir qadına orta hesabla 1,42 uşaq doğumu sayı düşüb. Bu, 2017-ci il göstəricidən qismən azdır.


Okinava prefekturasında bu göstərici ölkə üzrə ən yüksək səviyyədə -1,89, Tokioda isə ən aşağı həddədir – 1,2.


Ötən il ölkə ərazisində 920 min körpə dünyaya gəlib. Bu, həmin statistikanın aparılmağa başladığı 1899-cu ildən bəri ən aşağı göstəricidir. Həmin il ölənlərin ümumi sayı isə 1 milyon 360 min nəfər təşkil edib ki, bu da II Dünya müharibəsindən sonra ən böyük göstəricidir.


Ölənlərlə yeni dünyaya gələnlərin say fərqi 444 min nəfər təşkil edib ki, bu da 11 ildir davam edən azalmada yeni rekorddur.


Ölkədə qadınlarla kişilər arasında imzalanan nagah müqavilələrinin sayı isə 586 minə bərabər olub. Bu rəqəm də II Dünya müharibəsindən sonra ən aşağı göstəricidir.

Xəbər lenti

Çox oxunanlar