Xəzər Xəbər

Ağ Ev Yaxın Şərqə 10 min əsgər göndərməyi planlaşdırır

Dünya | 09:39 • 24 May 2019
Ağ Ev Yaxın Şərqə 10 min əsgər göndərməyi planlaşdırır

Rəsmi Vaşinqton ABŞ-ı İranın mümkün təhlükəsindən müdafiə etmək üçün Yaxın Şərqə 10 min silahlı qüvvə göndərməyi planlaşdırır.


Xezerxeber.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon rəsmiləri açıqlama verib.


Əlavə edilib ki, ABŞ-ın bu addımı İran tərəfindən yeni təhdidlərin yarandığı zərurətindən yaranıb. Məqsəd regionda sabitlik və təhlükəsizliyin qorunmasıdır.


"Patriot" zenit-raket kompleksi və döyüş gəmiləri ilə təchiz ediləcək yeni qüvvələrə İranı nəzarət altında saxlamaq tapşırılacaq.


Lakin bildirilib ki, "gücləndirici" xarakter daşıyan bu plan elan edilsə də, hələ dəqiq qərar qəbul edilməyib.

Xəbər lenti