Xəzər Xəbər

Pakistan tranzit uçuşlar istisna olmaqla hava məkanını tamamilə açıb

Dünya | 16:09 • 27 Mart 2019
Pakistan tranzit uçuşlar istisna olmaqla hava məkanını tamamilə açıb

Martın 27-də Pakistan tranzit uçuşlar istisna olmaqla hava məkanını uçuşlar üçün tamamilə açdığını bəyan edib.


AZƏRTAC DawnNews telekanalının saytına istinadla xəbər verir ki, rəsmi İslamabadın bəyanatında Hindistanla gərginlikdən sonra 28 gün müddətində bağlanmış hava məkanının açıldığı bildirilib. Bundan əvvəl – martın ilk günlərində İslamabad, Kəraçi, Peşəvər və Quetta hava limanlarında uçuşlar bərpa olunmuşdu.


Lakin hökumətin bəyanatında hava məkanının tranzit uçuşlar üçün bağlı olduğu bildirilir. Pakistan Mülki Aviasiya İdarəsinin rəsmisi qeyd edib ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə Banqkok, Kuala Lumpur və Nyu Dehli şəhərlərinə uçuşlar həyata keçirilməyəcək.

Xəbər lenti