Xəzər Xəbər

İsrail 26 ölkəyə gizli məktub göndərdi: bu gün...

Dünya | 14:03 • 20 Mart 2019
İsrail 26 ölkəyə gizli məktub göndərdi:

İsrail 26 ölkəyə məktub göndərib.

Rəsmi Təl-Əviv ölkələri ordusunun Qəzza zolağındakı fələstinli nümayişçilərə qarşı hücum və insanlıqdan kənar hərəkətlər etdiyinə görə BMT İnsan Hüquqları Şurasına təqdim olunan qanun layihəsinin əleyhinə səs verməyə çağırıb.

Məktubları İsrailin xarici işlər naziri Yisrael Katz göndərib. Lakin 26 ölkənin adı açıqlanmayıb.

Layihə BMT İnsan Hüquqları Şurasında bu gün səsverməyə çıxarılacaq.

Qeyd edək ki, BMT 2018 Qəzza Nümayişlərinin Müstəqil Araşdırılması Komissiyası İsrail əsgərlərinin blokada şəraitində olan Qəzza zolağında ötən il təşkil edilən "Böyük Qayıdış Yürüşü”ndə beynəlxalq insan haqlarının tapdalandığını, bu hərəkətlərdən bəzilərinin cinayət olduğunu və insanlığa qarşı cinayət çərçivəsinə daxil ola biləcəyini bildirib.

Bu hesabat 325 fələstinli, hadisə şahidləri, hökumət nümayəndələri, qeyri-hökumət təşkilatları və digər qaynaqlarla aparılan görüşlərdən sonra əldə edilən 8 min dosyeyə əsasəm hazılanıb./publika.az

Xəbər lenti

Çox oxunanlar