Xəzər Xəbər

BMT beynəlxalq ictimaiyyəti müsəlmanlara qarşı nifrət əleyhinə birgə cəbhədə birləşməyə çağırıb

Dünya | 11:37 • 16 Mart 2019
BMT beynəlxalq ictimaiyyəti müsəlmanlara qarşı nifrət əleyhinə birgə cəbhədə birləşməyə çağırıb

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və təşkilatın baş katibi Antonio Quterreş Yeni Zelandiyada 49 nəfərin ölümü ilə nəticələnmiş terror aktından sonra bəyanatla çıxış ediblər.


AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bəyanatda Yeni Zelandiyanın Kraystçörç şəhərində həlak olmuş müsəlmanların ailələrinə başsağlığı verilib.


Baş katibin bəyanatında deyilir: "Mən məsciddə dinc şəkildə ibadət edən günahsız insanların qətlə yetirilməsindən dərindən kədərləndim və bu terror aktını qətiyyətlə pisləyirəm. Eyni zamanda, beynəlxalq ictimaiyyəti müsəlmanlara qarşı nifrət əleyhinə birgə cəbhədə birləşməyə, fanatizm və terrorun bütün təzahürlərinə qarşı mübarizə aparmağa çağırıram”. A.Quterreş xatırladıb ki, vütün ibadət məkanları kimi, məscidlər də müqəddəsdir. O, bütün indanları məatəm saxlayan müsəlman icması ilə həmrəy olmağa səsləyib.


Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvləri isə bəyan ediblər ki, terrorizm bütün forma və təzahürləri ilə dünyada sülhə və təhlükəsizliyə ciddi təhdiddir. Onlar Yeni Zelandiyada terror aktı törədənlərin hamısını – onun icraçılarını, sponsorlarını və təşkilatçılarını məsuliyyətə cəlb etməyi tələb ediblər. BMT Təhlükəsizlik Şurasının üzvləri bütün ölkələri beynəlxalq hüquqa müvafiq olaraq Yeni Zelandiya hökuməti ilə sıx əməkdaşlıq etməyə çağırıblar.


BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının da bəyanatında terror aktı qətiyyətlə pislənilir və qeyd olunur ki, həlak olanların əksəriyyəti qaçqınlar və mühacirlərdir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024