Xəzər Xəbər

Çində xarici sərmayələr haqqında yeni qanun qəbul edib

Dünya | 11:57 • 15 Mart 2019
Çində xarici sərmayələr haqqında yeni qanun qəbul edib

Pekində 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının ikinci sessiyasının sonuncu günündə xarici sərmayələr haqqında qanun qəbul olunub.


Xarici sərmayəçilər üçün daha yaxşı biznes mühitinin təmin olunmasına və onların müdafiəsinə yönələn qanun xarici sərmayə siyasətinin şəffaflığını, xarici şirkətlərə bazar yarışında bərabər şəraiti təmin etmək məqsədi daşıyır. Qanuna əsasən, dövlət qurumları xarici sərmayəçilərin və xarici kapitallı şirkətlərin hüquqlarını, o cümlədən intellektual hüquqlarını qoruyacaq. Yeni qanunun gələn il yanvarın 1-dən qüvvəyə minməsi ilə 1979-cu və 1980-ci illərdə qəbul olunmuş oxşar üç qanun qüvvədən düşəcək.


Qeyd edək ki, 2018-ci ilin sonuna olan məlumata əsasən, Çində təxminən 960 min xarici kapitallı şirkət fəaliyyət göstərir. Ümumi birbaşa xarici kapital 2,1 trilyon dolları ötüb. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024