Xəzər Xəbər

Ötən il 20 minə yaxın Gürcüstan vətəndaşı Avropa İttifaqı ölkələrindən sığınacaq istəyib

Dünya | 09:42 • 15 Mart 2019
Ötən il 20 minə yaxın Gürcüstan vətəndaşı Avropa İttifaqı ölkələrindən sığınacaq istəyib

Keçən il 17 min 980 nəfər Gürcüstan vətəndaşı Avropa İttifaqı(Aİ) ölkələrində sığınacaq axtarıb.


Bu barədə Aİ-nin Statistika Xidməti məlumat yayıb.


Məlumatda deyilir ki, ümumiyyətlə 2018-ci ildə 580 min 845 nəfər Avropa İttifaqı ölkələrindən sığınacaq istəyib.


Bunun da 3 faizini gürcülər təşkil edib. Gürcülər bu göstərici ilə Avropa İttifaqı ölkələrindən sığınacaq istəyən xaricilər sırasında üçüncü yerdədir.


Gürcüstan vətəndaşları ən çox Fransa, İrlandiya, Çexiya, Danimarka və Lixtenşteyndən sığınacaq istəyiblər.


Avropa İttifaqı ölkələrindən sığınacaq istəyənlərin sayı 2018-ci ildə ondan əvvəlki illə müqayisədə 11 faiz azalıb.


Sığınacaq üçün ən çox Almaniya (161 min 885 nəfər), Fransa (110 min 500) və Yunanıstana (65 min ) müraciət olunub.


Avropa İttifaqı ölkələrindən sığınacaq istəyənlər sırasında ilk üçlükdə Suriya, Əfqanıstan və İraq vətəndaşları qərarlaşır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024