Türkiyənin "Amedspor” komandasının futbolçusu Mansu Çalar ömürlük futboldan kənarlaşdırılıb.
Buna səbəb futbolçunun 3 mart 2019-cu il tarixində TFF 2-ci liqa çərçivəsində oynanan "Amedspor"- "Sakaryaspor" matçında kəsici alətlə meydana çıxmasıdır.
Mansu Çalar həm də 25 min TL cərimə ödəyəcək.
Bundan başqa, həmin komandaya 1 matçı azarkeşsiz oynamaq cəzası verilib və 10 min TL cərimə edilib. Qeyd edək ki, sözügedən futbolçu kəsici alətlə rəqib komandanın futbolçularına xəsarətlər yetirmişdi./publika.az