Xəzər Xəbər

Rusiya Prezidenti dövlətlərarası axtarışa verilmiş təqsirləndirilən şəxslərin qiyabi həbs edilməsi barədə qanunu imzalayıb

Dünya | 16:49 • 7 Mart 2019
Rusiya Prezidenti dövlətlərarası axtarışa verilmiş təqsirləndirilən şəxslərin qiyabi həbs edilməsi barədə qanunu imzalayıb

Rusiya Prezidenti Vladimir Putin yeni qanun imzalayıb. Bu qanun dövlətlərarası axtarışa verilmiş təqsirləndirilən şəxslərin qiyabi həbs edilməsi barədə məhkəmə hökmü çıxarmağa imkan verəcək.


Qüvvədə olan qanunvericiliyə görə, təqsirləndirilən şəxsin özü iştirak etmədən onun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarının qəbul edilməsinə yalnız həmin şəxs beynəlxalq axtarışda olduğu halda icazə verilir. İmzalanmış yeni qanun təqsirləndirilən şəxsin nəinki beynəlxalq, hətta dövlətlərarası axtarışda olduğu halda da, onun iştirakı olmadan barəsində bu cür qərar qəbul etməyə imkan verir.


Sənəd şəxslərin dövlətlərarası axtarışı barədə MDB iştirakçısı olan ölkələrin 10 dekabr 2010-cu il tarixli müqaviləsinin reallaşdırılmasına yönəlib. (AZƏRTAC)


Xəbər lenti

Çox oxunanlar