Xəzər Xəbər

Londondan gözlənilməz QƏRAR: bu ölkənin 1,2 milyardlıq qızılını...

Dünya | 12:34 • 26 Yanvar 2019
Londondan gözlənilməz QƏRAR:

İngiltərə Bankı Venesuela Prezidenti Nikolas Maduroya 1,2 milyard dollarlıq qızıl külçə verməkdən imtina edib.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Müvafiq qərar ABŞ-ın yüksək vəzifəli şəxslərinin, o cümlədən dövlət katibi Maykl Pompeo və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun britaniyalı həmkarlarından Maduronun xaricdəki aktivlərə girişinə qadağa qoymaq xahişindən sonra qəbul edilib.

Venesuela Mərkəzi Bankının xaricdəki ehtiyatları 8 milyard dollar təşkil edir. Onların bir hissəsi İngiltərə Bankındadır, digər hissənin yeri isə bilinmir./faktxəbər

Xəbər lenti

Çox oxunanlar