Xəzər Xəbər

Moskvaya güclü çovğun yaxınlaşır

Dünya | 12:26 • 26 Yanvar 2019
Moskvaya güclü çovğun yaxınlaşır

Rusiyanın "Aeroflot” şirkəti 131 hava reysini təxirə salıb.

Bu haqda şirkətin saytına məlumat dərc olunub.

Şeremetyevo aeroportunda onlarla hava reysinin vaxtı dəyişdirilib. Əksər hava reysləri bir neçə saat müddətinə ertələnib.

Hava reyslərinin təxirə salınmasına və ertələnməsinə səbəb, meteoroloqların güclü qar çovğunu proqnozlaşdırmasıdır.

Onların hesablamalarına görə, Rusiya paytaxtına təkcə iki gün ərzində yarım aylıq yağıntı normasının düşəcəyi gözlənilir./faktxəbər

Xəbər lenti