Xəzər Xəbər

Tramp Türkiyənin əməliyyata başlamasına razılıq verdi

Dünya | 17:05 • 17 Dekabr 2018
Tramp Türkiyənin əməliyyata başlamasına razılıq verdi

ABŞ prezidenti Donald Tramp Türkiyə Silahlı Qüvvələrinin Suriyada Fərat çayının şərqində əməliyyat keçirməsinə razılıq verdi.

Bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Xatırladaq ki, dekabrın 12-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müdafiə Sənayesu Zirvəsində çıxışında Türkiyə ordusunun yaxın bir neçə gün ərzində Suriyada Fərat çayının şərqində terror təşkilatlarına qarşı əməliyyata başlayacağını bəyan edib.

"Biz heç vaxt ABŞ-a və onun hərbçilərinə qarşı olmamışıq. ABŞ həmişə bizim üçün strateji partnyordur. Hədəfimiz əsla Amerika əsgərləri deyil, bölgədə fəaliyyət göstərən terror təşkilatlarıdır. Suriya üzrə bizim fikir ayrılıqlarımız bizim münasibətlərimizin inkişafına mane olmamalıdır”, - Ərdoğan Ankarada çıxış zamanı deyib.

O dəqiqləşdirdi ki, Türkiyə nəzərdə tutulan əməliyyat haqqında Birləşmiş Ştatlara məlumat verib./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024